Azərbaycan Premyer Liqasında yeni bombardir müəyyənləşib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Premyer Liqasının cari mövsümünün yeni bombardiri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu, “Qəbələ”nin futbolçusu Filip Ozobiçdir. Xorvatiya milli komandasının da üzvü olan təcrübəli yarımmüdafiəçi həm Premyer Liqanın XVII turunda AZAL ilə oyunda etdiyi dublla 2:0 hesablı qələbədə pay sahibi olub, həm də bombardirlər yarışında vahid liderliyə yüksəlib. Fransalı komanda yoldaşı Baqali Dabo (7 qol) ilə bunadək şərikli lider olan Ozobiç artıq 9 qolla onu qabaqlayaraq birinci pillədə qərarlaşıb. Bu, eyni zamanda 26 yaşlı yarımmüdafiəçinin Azərbaycandakı yarımillik karyerasında ilk dublu olub.
Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında indiyədək nə “Qəbələ”dən bombardir, nə də xorvatiyalı futbolçu ən sərrast oyunçu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]