AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN “MİCROSOFT” ŞİRKƏTİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
![]() |
Prezident İlham Əliyev ölkəmizin iqtisadi siyasətinin istiqamətlərindən danışaraq dedi ki, əsas məqsədimiz neftdən gələn gəlirlərdən istifadə edərək, yeni iqtisadiyyatın qurulmasıdır. Bunun üçün yüksək texnologiyalara əsaslanan sektorların yaradılması başlıca məsələlərdən biridir və Azərbaycan bunun üçün xüsusi hüquqi baza yaradır. Dövlətimizin başçısı ölkəmizdə yüksək texnologiyaların inkişafı, xarici investorların dəvət olunması, lokal kampaniyaların inkişafı üçün çox gözəl şərait yaradılacağını söylədi. Bildirildi ki, məqsəd 10-15 ildən sonra bu sahədən əldə olunan gəlirləri neftdən gələn gəlirlərlə bərabərləşdirmək, neftdən asılılığı azaltmaqdır.
Bill Qeyts Azərbaycan Prezidentinin bu fikirlərini dəstəklədiyini və yüksək dəyərləndirdiyini, ölkəmizin iqtisadi inkişafı ilə maraqlandığını söylədi. O, 2006-cı ilin oktyabrında Bakıda keçirilmiş “Bakutell” sərgisinə göndərdiyi məktubda yazdığı “Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasəti neftin əsasında gələcək iqtisadiyyatın qurulmasıdır və bu çox vacibdir” sözlərini bir daha xatırlatdı.
Görüşdə Azərbaycanda bu sahənin inkişafı üçün insan resurslarının yaranmasının zəruriliyi bildirildi.
Prezident İlham Əliyev Azərbaycanda təhsil sahəsində, ümumiyyətlə, gənc nəslin yüksək bilik alması üçün aparılan siyasətin əhəmiyyətini vurğuladı. Bill Qeyts bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməyə və kömək göstərməyə hazır olduğunu bildirdi.
Görüşdə həmçinin ölkəmizdə tranzit elektron informasiya mərkəzinin yaradılması üçün Qərbdə olan informasiya texnologiyalarının Azərbaycana gətirilməsi, Şərqə və bütün region ölkələrinə informasiya xidmətləri göstərilməsi, Azərbaycanın bu istiqamətdə ixrac mərkəzinə çevrilməsi məsələsindən də söhbət getdi.
“Microsoft” şirkətinin rəhbəri dedi ki, bu sahədə Azərbaycana həm investisiya qoymağa, həm də ölkəmizlə əməkdaşlıq etməyə hazırıq. Biz Azərbaycanın bir nömrəli tərəfdaşı ola bilərik. Şirkətin rəhbəri Azərbaycana səfər etmək arzusunda olduğunu da söylədi.
