AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA XALQ PARTİYASININ PREZİDENTİ VİLFRED MARTİNSİ QƏBUL ETMİŞDİR
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir.
Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin Avropaya inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
######
