AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN TİCARƏT VƏ SƏNAYE NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
![]() |
Alister Darlinqin xahişi ilə keçirilən görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında siyasi-iqtisadi sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yüksək səviyyəsi vurğulandı və gələcək perspektivlər haqqında geniş fikir mübadiləsi edildi. Bir sıra regional məsələlər ətrafında da müzakirələrin aparıldığı görüşdə ikitərəfli münasibətlərin strateji xarakter daşıdığı bildirildi, gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Cənab Alister Darlinq Azərbaycanın hasilat sənayesi sahəsində şəffaflıq təşəbbüsündə fəal iştirakını yüksək qiymətləndirdi və bunun çox böyük əhəmiyyətli olduğunu söylədi.
