AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÜNYA İQTİSADİ FORUMUNUN İCRAÇI PREZİDENTİ İLƏ GÖRÜŞMÜŞDÜR
![]() |
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Davosda Konqres Mərkəzində Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşmüşdür.
Görüşdə bu beynəlxalq tədbirin uğurla keçdiyi və ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsi işində rolu qeyd olundu.
Klaus Şvab Azərbaycan Prezidentinin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğuladı. Ölkəmizdə böyük iqtisadi uğurların qazanılması, yüksək inkişaf sürətinə nail olunması, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakı yüksək qiymətləndirildi.
