AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ESTONİYANIN BAŞ NAZİRİ ANDRUS ANSİP İLƏ GÖRÜŞMÜŞDÜR
Tallinn, 7 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Estoniyanın Baş naziri Andrus Ansip ilə görüşmüşdür.
Prezident İlham Əliyev və Baş nazir Andrus Ansip şəhərin mənzərəsini seyr etdilər.
Səmimi söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, bu sahədə əlaqələrin genişlənməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı. Azərbaycan ilə Estoniya arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və Estoniyanın Baş naziri Andrus Ansip Elmlər Akademiyasının binasında birgə nahar etdilər.
Azərbaycan dövlətinin başçısı Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
######
![]() |
![]() |

