AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ESTONİYANIN XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ MÜHAZİRƏ İLƏ ÇIXIŞ ETMİŞDİR
Tallinn, 7 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir.
Dövlətimizin başçısı mühazirəsində ölkələrimiz arasında əlaqələrin inkişafı, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar, Avropa İttifaqına inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri və problemin həlli ilə bağlı məsələlərə toxunmuşdur.
######
![]() |
![]() |

