RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANLI JURNALİSTLƏRƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Prezident sarayında Qazaxıstanın Ekspress-K qəzetinin şef redaktoru Mark Kabdıqali və Kazinform agentliyinin müxbiri Arnur Muxamedkarimə müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətləri, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş qlobal enerji layihələrinin perspektivləri, regional və digər məsələlərlə bağlı suallara cavab vermişdir.