AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VATİKANIN ÖLKƏMİZDƏKİ APOSTOL NUNSİSİ KLAUDİO QUCEROTTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerottini qəbul etmişdir.
K.Qucerotti Roma papası XVI Benediktin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoninin Azərbaycana səfərini və Bakıda katolik kilsəsinin açılış mərasimini məmnunluqla xatırlayaraq, Azərbaycan Prezidentinin və xanımının həmin mərasimdə iştirakının tədbirə xüsusi şərəf verdiyini vurğuladı.
Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev ölkəmizdə bütün dinlərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğuladı, bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Dövlətimizin başçısı Roma papası XVI Benediktin salamlarına görə minnətdarlığını bildirdi və özünün də salamlarını ona çatdırmağı xahiş etdi.
######
![]()
