Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb VİDEO
Berlin, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.