AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTAN SENATININ SƏDRİ QASIMCOMƏRD TOKAYEV İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də onun üçün ayrılmış iqamətgahda Qazaxıstan Respublikası Senatının sədri Qasımcomərd Tokayev ilə görüşmüşdür.
Görüşdə parlamentlərarası əlaqələr, Azərbaycan və Qazaxıstanda gedən demokratik inkişaf prosesləri və aparılan islahatlar barədə fikir mübadiləsi edildi. Ölkələrimizdə iqtisadi inkişafın təmin edilməsi üçün möhkəm qanunvericilik bazası olmasının böyük rolu vurğulandı. Görüşdə deputat qruplarının qarşılıqlı səfərlərinin əhəmiyyətinə də toxunuldu.
Prezident İlham Əliyev ölkəmizin Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini bildirdi.