AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA DÖVLƏT SƏFƏRİ
SƏFƏR BAŞA ÇATDI
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın Baş naziri Danial Əhmədov, ölkəmizin Astanadakı səfiri Lətif Qəndilov, Qazaxıstanın Bakıdakı səfiri Andar Şukputov, digər rəsmi şəxslər səmimiyyətlə, hörmət və ehtiramla yola saldılar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Bakıya qayıtdı.
Binə hava limanında dövlətimizin başçısını Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər rəsmi şəxslər qarşıladılar.
Prezident İlham Əliyev hava limanında jurnalistlərin suallarına cavab verdi. (Müsahibənin mətni qəzetin 3 mart nömrəsində dərc edilmişdir).