AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA DÖVLƏT SƏFƏRİ
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
İlk olaraq, prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş”i Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Qazaxıstanın müdafiə naziri Muxtar Altınbayev, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev və Qazaxıstanın xarici işlər naziri Qasımcomərd Tokayev, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında saziş”i Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev və Qazaxıstanın təhsil və elm naziri Caksıbek Kulekeyev, “Bakı Şəhəri İcra Hakimiyyəti və Astana Şəhəri Akimatı arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş”i Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Astana Şəhəri Akiminin birinci müavini Sansızbay Yeşilov, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq proqramı”nı Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu və Qazaxıstanın mədəniyyət naziri Düsen Kaseinov, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının aviasiya hakimiyyətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında protokol”u “Azərbaycan Hava Yolları” Dövlət Konserninin sədri Cahangir Əsgərov və “Qazaxıstan Hava Yolları” Dövlət Konserni direktorunun müavini Almatbek Manboyev imzaladılar.