AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA RƏSMİ SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxıstan Respublikasına ikigünlük rəsmi səfərə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.