Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA RƏSMİ SƏFƏRİ
DÖVLƏTİMİZİN BAŞÇISI ASTANAYA YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə martın 1-də Astanaya rəsmi səfərə yola düşmüşdür. Dövlətimizin başçısı İlham Əliyev yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibə vermişdir.

SUAL: Cənab Prezident, Qazaxıstana səfəriniz zamanı danışıqlar, əsasən, hansı məsələlər ətrafında aparılacaqdır?

CAVAB: Əlbəttə, ikitərəfli münasibətlər haqqında danışıqlar gedəcəkdir. Bilirsiniz ki, iqtisadi əməkdaşlıq ildən ilə artır. Azərbaycan Qazaxıstan üçün, Qazaxıstan da Azərbaycan üçün vacib ölkələrdir. Energetika sahəsində əməkdaşlıq, regionda vəziyyət haqqında da söhbət aparılacaqdır. Ümumiyyətlə, orada geniş səpkidə müzakirələr gedəcəkdir.

SUAL: Cənab Prezident, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhana qoşulmasının 2010-cu ilə qədər ləngiyəcəyi barədə bu ölkənin rəsmiləri məlumatlar vermişdilər. Bu məsələ müzakirə olunacaqmı, ümumiyyətlə, Qazaxıstanın bu layihəyə qoşulmasının perspektivləri necədir?

CAVAB: Hesab edirəm, əlbəttə, müzakirə olunacaqdır. Çünki bilirsiniz ki, son illər ərzində bu məsələ çox müzakirə edilir. Halbuki biz dəfələrlə bildirmişdik ki, Bakı-Tbilisi-Ceyhanı ancaq Azərbaycan neftinin daşınması üçün inşa edirik. Buna baxmayaraq, regionun coğrafi vəziyyəti, əlbəttə, belə müzakirələri ortaya çıxarır. Şübhəsiz ki, səfər zamanı bu məsələ də müzakirə olunacaqdır. Biz istərdik ki, digər ölkələrin nefti Azərbaycan ərazisi ilə nəql edilsin və Azərbaycan bu baxımdan tranzit ölkəyə çevrilsin. Ancaq eyni zamanda, əminik ki, Bakı-Tbilisi-Ceyhanın səmərəli fəaliyyəti üçün Azərbaycanda hasil olunan neft kifayət edəcəkdir. Bilirsiniz ki, yeni yataqlar kəşf olunur. Gələcəkdə böyük həcmdə neft hasilatı gözlənilir. Ancaq hesab edirəm, əlbəttə, Qazaxıstan üçün də mühüm olardı ki, onun da alternativ ixrac marşrutları olsun. Artıq bizim iki marşrutumuz var. Üçüncüsü inşa edilir və hamımız görürük ki, bunun nə qədər böyük önəmi var.

SUAL: Cənab Prezident, Xəzərin hüquqi statusu ilə bağlı söhbət aparılacaqmı?

CAVAB: Xəzərin statusu məsələsi iki ölkə arasında həll olunub, Qazaxıstanla Azərbaycan arasında saziş bağlanıbdır. Amma biz hamımız istəyirik ki, məsələnin hərtərəfli həlli mümkün olsun. Bu məsələ ilə bağlı Qazaxıstanın, Azərbaycanın və Rusiyanın mövqeyi üst-üstə düşür. Biz bu məsələdə müttəfiqik. Əlbəttə, bu məsələyə də toxunulacaqdır.

SUAL: Cənab Prezident, vaxtilə Prezident Nursultan Nazarbayev OPEK-ə alternativ bir təşkilat yaradılması haqqında təklif irəli sürmüşdü. Buna Sizin münasibətiniz necədir?

CAVAB: Buna baxmaq lazımdır. Əgər Xəzər hövzəsindən çıxarılan və çıxarılacaq neftin həcminə nəzər yetirsək, görərik ki, bu, OPEK-lə rəqabət aparmaq səviyyəsində deyildir. Amma gələcəkdə yeni yataqlar kəşf olunarsa, hasilatın həcmi artarsa, yəqin Xəzər regionu ölkələri də dünya neft bazarına təsir göstərə bilərlər.

SUAL: Cənab Prezident, Cenevrədə mühüm beynəlxalq təşkilatlar yerləşir. Amma orada bir müddətdir Azərbaycanın nümayəndəsi yoxdur. Yaxın vaxtlarda təyinat gözlənilirmi?

CAVAB: Bəli, gözlənilir. Mən bu barədə demişdim, bir neçə ölkədə, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndəlikləri açılacaqdır. Bu, xarici siyasətimizin uğurla aparılması üçün lazımdır. O cümlədən, Cenevrədə, digər beynəlxalq təşkilatlarda nümayəndəliklər, eləcə də başqa ölkələrdə, ola bilər ki, səfirliklər açılsın.

SUAL: Cənab Prezident, Terri Devis Azərbaycanda səfərdə olanda parlamentdəki çıxışında belə bir ifadə işlətdi ki, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olarkən üzərinə öhdəlik götürdüyünə görə müharibə variantı istisnadır. Bu, doğrudanmı belədir?

CAVAB: Belə bir öhdəlik var və bu öhdəliyi Azərbaycan və Ermənistan hökumətləri, eyni zamanda, bu ölkələrdə fəaliyyət göstərən bütün siyasi partiyalar da öz üzərinə götürmüşdülər. Bu həqiqətdir və ölkələrimizin Avropa Şurasına qəbul olunması üçün şərt idi.

Bizim də mövqeyimiz belədir və dəfələrlə bildirmişik, biz məsələni sülh yolu ilə həll etmək niyyətindəyik. Amma, əlbəttə, bunun müəyyən müddəti olmalıdır. Yəni biz istəməzdik ki, bu proses əbədi xarakter daşısın. Hər bir danışıqların aparılmasının həddi var. Ümid edirik ki, yaxın zamanlarda yeni təkliflər olacaq və biz bu məsələni ədalətli, beynəlxalq normalara əsaslanaraq həll edə biləcəyik.

SUAL: Cənab Prezident, Terri Devis Sizinlə söhbətində bunun qurumda müzakirəyə nə vaxt çıxarılacağı barədə bir söz dedimi?

CAVAB: Xeyr, demədi. Hətta biz soruşduq ki, məruzə nə vaxt hazır olacaqdır. Çünki bilirsiniz ki, bu məsələyə, ilk növbədə, Avropa Şurasının Siyasi Komitəsində baxılmalıdır, ondan sonra sessiyaya çıxarılmalıdır. Bu barədə bir söz demədi.

SUAL: Cənab Prezident, Böyük İpək yolu dəhlizində yük daşımalarının həcmində azalma müşahidə olunur. Amma alternativ yollarda, məsələn, İranda və digər yollarda artım müşahidə olunur. Bunun səbəbi nədir, bu məsələyə baxılacaqmı?

CAVAB: Ola bilər azalmalar olsun. Amma inanmıram ki, bu, belə bir ənənə xarakteri alsın. Çünki son illərin təhlili göstərir ki, daşınan yüklərin həcmi ildən ilə artır. O da deməyə əsas verir ki, bu dəhliz səmərəli işləyir. Ancaq, əlbəttə, istərdik, daha da səmərəli işləsin, potensial da böyükdür. Azərbaycanın coğrafi-siyasi vəziyyəti də bizə əlverişli imkanlar yaradır. Hər halda, bir ilin göstəricisinə görə hansısa nəticə çıxarmaq düzgün olmazdı. Amma təhlil etmək lazımdır ki, hansı səbəblərə görə bu azalma müşahidə olunur.

Əgər digər dəhlizlər işə salınarsa, inanıram ki, Azərbaycan bunlardan da kənarda qalmayacaqdır. Biz indi çalışırıq ki, Şimal-Cənub dəhlizinə də qoşulaq. Ümidvaram ki, belə də olacaqdır. Bu halda, Azərbaycan üçün bəlkə də böyük bir fərq etməz ki, yüklər hansı dəhlizlə daşınsın. Təki Azərbaycan ərazisindən daşınsın.

SUAL: Cənab Prezident, son zamanlar bir neçə kadr dəyişikliyi etdiniz. Bunlar hansı zərurətdən irəli gəlirdi və belə bir nəticə çıxarmaq mümkündürmü ki, onlar həqiqətən də işlərinin öhdəsindən gəlmirdilər?

CAVAB: Hesab edirəm, bu dəyişikliklər lazım idi. Çünki ölkə yeniləşir, qarşımıza yeni vəzifələr çıxır. Yeni sahələr yaranır və o sahələrdə gərək Azərbaycan mövqelərini gücləndirsin. Amma, eyni zamanda, çoxlu vakansiyalar da var idi. O vakansiyalar çoxdandır boş qalmışdı və kadrların təyin edilməsi lazım idi. Mən də bunu etdim. Əlbəttə, gələcəkdə zərurət yaranarsa, bu proses gedəcəkdir. Sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər yola saldılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik