Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA RƏSMİ SƏFƏRİ
SƏFƏR BAŞA ÇATDI

Martın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri başa çatdı. Dövlətimizin başçısı Astana hava limanına gəldi.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın Baş naziri Danial Əhmədov, ölkəmizin Astanadakı səfiri Lətif Qəndilov, Qazaxıstanın Bakıdakı səfiri Andar Şukputov, digər rəsmi şəxslər səmimiyyətlə, hörmət və ehtiramla yola saldılar.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Bakıya qayıtdı. Dövlətimizin başçısını Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev hava limanında jurnalistlərin suallarına cavab verdi.

X X X

SUAL: Cənab Prezident, Qazaxıstana ilk səfəriniz çərçivəsində müzakirə olunan məsələlər Sizi razı saldımı?

CAVAB: Bəli, razı saldı. Bir çox məsələ müzakirə olundu, ikitərəfli münasibətlər haqqında geniş fikir mübadiləsi aparıldı. Energetika sahəsində mövcud olan layihələr, onların perspektivləri müzakirə edildi. Müzakirə olunan bütün məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür. Qazaxıstan Azərbaycanla tərəfdaşdır, dost-qardaş ölkədir və mən də keçirilən danışıqlardan çox razıyam.

SUAL: Prezident Nursultan Nazarbayev Xəzəryanı ölkələrin antiterror mərkəzinin yaradılması təklifi ilə çıxış etmişdir. Sizin buna münasibətiniz necədir, yəni buna zərurət varmı? Ümumiyyətlə, bu ilin sonunadək Xəzəryanı ölkələrin dövlət başçıları sammitinin keçirilməsi nəzərdə tutulurmu?

CAVAB: Bu məsələ səfər çərçivəsində müzakirə olunmamışdır. Biz gərək bu təklifə hərtərəfli baxaq, təhlil edək. O ki qaldı sammitin keçirilməsinə, hələlik belə bir zərurət yoxdur. Yəqin ki, ekspertlər səviyyəsində işlər getməlidir, məsələlər hazırlanmalıdır. Bizimlə Qazaxıstan arasında bu məsələ ilə əlaqədar heç bir fikir ayrılığı yoxdur.

Mən oradakı çıxışlarımda bildirdim ki, əgər bizim Qazaxıstanla və Rusiya ilə, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında olan sazişlər əsas götürülsə, hərtərəfli sazişə tezliklə nail olmaq mümkündür. Mən hesab edirəm ki, bizim aramızda olan müqavilələr bunun üçün gözəl bir zəmin yaradır.

SUAL: Cənab Prezident, ATƏT-in rusiyalı həmsədri belə bir bəyanat vermişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda çıxılmaz vəziyyət yaranmışdır. Sizin buna münasibətiniz necədir?

CAVAB: Mən hesab etmirəm ki, çıxılmaz vəziyyət yaranıbdır. Bəzən belə bəyanatlar səslənir. Necə deyərlər, bəzən belə bəyanatlar bir-birini təkzib edir, ziddiyyət təşkil edir. Bilirsiniz ki, Rusiya tərəfindən səslənən bəzi bəyanatlar çox ümidverici bəyanatlar idi. O cümlədən həmsədrlər Bakıda səfərdə olarkən verilən bəyanatlar. İndi yeni bəyanatlar verilir. Bilmirəm, belə bəyanatların verilməsinə hansı əsas vardır.

Mən düşünmürəm ki, çıxılmaz vəziyyətdir. Hesab edirəm ki, çıxış yolu var və o yol da hamı üçün aydındır. Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yoludur. Pozulmuş ərazi bütövlüyünün bərpası yoludur. İşğalçı qüvvələrin işğal olunmuş torpaqlardan çıxması şərtidir. Bu yol beynəlxalq hüquq normalarına əsaslanır.

Qazaxıstanda aparılan danışıqlarda da bu məsələ müzakirə olundu. Prezident Nazarbayev öz tərəfindən bir daha bəyan etdi ki, bütün ölkələr təcavüzkar separatizmin əleyhinə birgə fəaliyyət göstərməlidir. Ərazi bütövlüyü prinsipi əsas tutulmalıdır. Ona görə əgər bu prinsiplər əsas tutularsa, həmsədrlər də bu nöqteyi-nəzərdən çıxış etsələr, çıxış yolu vardır.

SUAL: Cənab Prezident, Siz Qazaxıstanda muzeyi gəzdiniz. Bu, ölkənin tarixini, milli dəyərlərini əks etdirən bir muzey idi. Amma təəssüf ki, Azərbaycanda muzeylər bölünüb və onların vəziyyəti yaxşı deyildir. Siz bir çox göstərişlər verirsiniz, yeni bir muzeyin tikilməsini gözləmək olarmı? Ümumiyyətlə, Azərbaycanda bu cür muzey yaradıla bilərmi?

CAVAB: Mən bu barədə hələ oraya getməmişdən əvvəl fikirləşirdim. Ümumiyyətlə, düşünürdüm ki, Azərbaycanın muzeylərinin vəziyyəti o qədər də ürəkaçan deyildir. Bəlkə də hansısa qərarlar, proqramlar qəbul olunmalıdır. Əlbəttə, mövcud muzeylərimiz əsaslı təmir edilməlidir. Çünki onların böyük əksəriyyəti həm də memarlıq abidələridir. Eyni zamanda, orada eksponatlar da nümayiş etdirilir. Baxmaq olar, hesab edirəm, əgər ehtiyac varsa, yeni muzey kompleksinin yaradılması yerinə düşər. Bu, hər bir ölkə üçün vacibdir. Azərbaycanın böyük tarixi var, zəngin mədəniyyəti, ənənələri var. Gərək onların hamısı həm ölkə vətəndaşlarının diqqət mərkəzində olsun, eyni zamanda, xaricdən gələn qonaqlar da onları görsələr yaxşı olar.

SUAL: Cənab Prezident, Xəzərin sularında üzən gəmilərə nəzarət edən birbaşa səlahiyyətli orqan yoxdur. Hətta bu gəmilərin hərəkətinin tənzimlənməsini həyata keçirən qanunlarda da boşluqlar mövcuddur. Elə bundan irəli gəlir ki, bir çox gəmilərimiz müsadirə olunur. Məsələn, vaxtilə Həştərxanda da olub, indi də Qazaxıstanda bizim “Kəpəz” balıqçı gəmimiz saxlanılıbdır. Yaxın müddətdə bu sahədə hansı yeniliklər ola bilər?

CAVAB: Gərək gəmilər qanunsuz üzməsin. Qayda-qanun olmalıdır. Əlbəttə, burada qeyri-qanuni fəaliyyətlə məşğul olan qurumlar var, ayrı-ayrı fərdlər var. Müvafiq orqanlar bununla mübarizə aparmalıdır. Amma əlbəttə, bu, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Əminəm ki, birgə səylərlə bu məsələ də öz həllini tapar. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub