RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ROSTOV-DONA SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidentinin mükafatı uğrunda cıdıra tamaşa etmək üçün Vladimir Putinin dəvəti ilə iyunun 30-da Rostov-Don şəhərinə səfərə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
X X X
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Rostov-Dona gəlmişdir.
Dövlətimizin başçısını hava limanında Rusiya Xarici İşlər Nazirliyinin, Rostov vilayəti Qanunvericilik məclisinin yüksək vəzifəli şəxsləri qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.