AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ESTONİYA PREZİDENTİ TOOMAS HENDRİK İLVESİN TƏKBƏTƏK GÖRÜŞÜ
Tallinn, 7 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı və münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.
######
![]() |
![]() |

