AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İORDANİYA KRALI II ABDULLAHIN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 29-da Bəsman sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu. Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərinin əlaqələrimizin daha da güclənməsi işinə xidmət edəcəyi bildirildi. Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etdilər.