AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN TƏKBƏTƏK GÖRÜŞÜ
Avqustun 21-də Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü oldu.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Dövlət başçıları indiki səfərin əhəmiyyətinə toxunaraq bildirdilər ki, bu, əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəkdir.
Görüşdə Azərbaycan-İran əməkdaşlığının gələcəkdə də genişlənəcəyinə əminlik vurğulandı.