AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İSVEÇRƏ PREZİDENTİ MİŞELİN KALMİ-REYİN GÖRÜŞÜ
![]() |
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də İsveçrə şirkətlərinin Azərbaycana sərmayə qoyması barədə söhbət getdi.
İsveçrənin Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də maraqlandı. Prezident İlham Əliyev münaqişə və aparılan danışıqlar prosesi barədə məlumat verdi.
Prezident Mişelin Kalmi-Rey Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğuladı və dedi ki, bu, Azərbaycanı çox vacib ölkəyə çeviribdir.
Prezident İlham Əliyev Azərbaycandakı proseslərdən danışdı, ölkəmizdə qeyri-neft sektoruna sərmayə qoyulması üçün geniş imkanların olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da geniş fikir mübadiləsi aparıldı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri başa çatmışdır.
