AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN TƏKBƏTƏK GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 7-də Qazaxıstan Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olmuşdur.
Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından, strateji əməkdaşlığın səviyyəsindən məmnunluqlarını
bildirdilər.
Görüşdə prezidentlərin qarşılıqlı səfərlərinin Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik vurğulandı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.