AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONUN TƏKBƏTƏK GÖRÜŞÜ
Avqustun 13-də Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü oldu.
Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıldı. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirildi. Bu baxımdan müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi qeyd edildi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.