RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN GÖRÜŞÜ
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN GÖRÜŞÜ](/files/2007/2/1200x630/14869892264736918961_1200x630.jpg)
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 25-də İstanbulun Çırağan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Əhməd Necdət Sezərin görüşü olmuşdur.
Prezidentlər dost və qardaş ölkələrimiz arasında münasibətlərin davamlı inkişafından məmnunluqlarını bildirdilər, bu əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini söylədilər.
Dövlət başçıları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci zirvə görüşünün əhəmiyyətini, ölkələrimiz və xalqlarımız üçün faydalı olan münasibətlərin inkişafında QİƏT-in rolunun böyük olduğunu vurğuladılar.
Tərəflər Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərə, regional əməkdaşlığa və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi apardılar.