RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN GÖRÜŞÜ
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN GÖRÜŞÜ](/files/2007/2/1200x630/14869892053828159448_1200x630.jpg)
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 25-də İstanbulda, Çırağan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulandı. Bildirildi ki, ölkələrimiz arasında siyasi, iqtisadi və bütün başqa sahələrdə əlaqələr dinamik inkişaf edir. Qlobal layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Bu layihələrin xalqlarımızın rifahının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyəti vardır.
Görüşdə ölkələrimizin QİƏT çərçivəsində də uğurlu əməkdaşlıq etdiyi vurğulandı.