Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Bakı, 13 aprel, AZƏRTAC
Pakistana minnətdaram. Mən Pakistan xalqına müharibə zamanı davamlı dəstək göstərdiklərinə görə minnətdaram. Pakistan qarşıdurmanın ilk günlərindən son günlərinədək Azərbaycanı açıq şəkildə dəstəklədi.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.
Prezident qeyd edib ki, Pakistan Ermənistanın təcavüzünə və işğalçı siyasətinə görə onunla diplomatik əlaqə qurmayan azsaylı ölkələrdən biridir. Bu, bizim qardaşlığımızın əsl əlamətidir. “Yəqin bilirsiniz ki, müharibə zamanı bizim şəhərlərimizdə bir çox yerdə Türkiyə və Pakistan bayraqları asılmışdı. Bu, insanların ürəklərindən gəlirdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]