Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz zabitlər!

Mən ilk növbədə, sizi qarşıdan gələn Sərhəd Qoşunlarının peşə bayramı günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər birinizə cansağlığı, uğurlar arzulayıram.

Bu gün eyni zamanda, sərhədçilərin gözəl istirahət mərkəzinin açılışı günüdür. Bu mərkəz də sərhədçilərə xidmət edəcəkdir. Burada çox gözəl şərait var. Mənə verilən məlumata görə, qısa müddət ərzində, təxminən 3-4 ay ərzində bu gözəl mərkəz inşa edilibdir. Dincəlmək, istirahət etmək üçün bütün şərait var. Bu onu göstərir ki, Azərbaycan indi sözün əsl mənasında inkişaf dövrünü yaşayır. Bütün quruculuq, abadlıq işləri, ölkəmizə böyük həcmdə qoyulan investisiyalar, artan iqtisadi imkanlarımız, əlbəttə ki, hər sahədə öz əksini tapır. O cümlədən sərhəd xidmətinin möhkəmlənməsində, onun maddi-texniki bazasının yaradılmasında, müasir sərhəd infrastrukturunun yaranmasında çox böyük işlər görülübdür.

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycanın inkişaf dövrü bütün sahələrdə görünməkdədir. Heydər Əliyevin qərarı ilə Sərhəd Xidməti ayrıca müstəqil xidmət kimi formalaşdı və o gündən bu günə qədər çox böyük və şərəfli yol keçdi. İndi yeni sərhəd zastavaları tikilir, müasir infrastruktur yaradılır, sərhədçilərin peşəkarlığı artır, onların hazırlanması üçün böyük tədbirlər görülür.

Bildiyiniz kimi, bu yaxınlarda sərhədçilərin Akademiyasının yaradılması üçün müvafiq sərəncamlar verilmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadi imkanlarından istifadə edib öz sərhədlərini daha da möhkəmləndirir.

Biz 1991-ci ildə müstəqilliyə qovuşanda faktiki olaraq, bizdə sərhəd infrastrukturu yox dərəcəsində idi. Qonşu ölkələrlə sərhədimiz ümumiyyətlə yox idi. Çünki biz vahid ölkədə yaşayırdıq. Mövcud olan sərhəd isə yararsız vəziyyətə düşmüşdü və əlbəttə ki, Azərbaycana qarşı təxribat törədən qruplar, dəstələr, Ermənistanın terrorçu təşkilatları bundan istifadə etmişlər. Məhz o illərdə Azərbaycana qarşı terror aktları həyata keçirilmişdir. 30-dan yuxarı terror aktının nəticəsində 2 mindən çox Azərbaycan vətəndaşı həlak olmuşdur, minlərlə insan xəsarət almışdır. Nəyə görə? Çünki biz o vaxt öz sərhədlərimizi kifayət qədər müdafiə edə bilmirdik. Amma indi Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Azərbaycan sərhədlərində infrastruktur yaradılır, müasir texnika alınır, Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmlənir və əminliklə deyə bilərik ki, Azərbaycana qarşı təxribat planlarını hazırlayan qüvvələr artıq bilirlər ki, bu planların baş tutması mümkün deyil.

Azərbaycanda daxildə sabitlik var, ictimai-siyasi asayiş hökm sürür. Xalqla iqtidar arasında birlik var. Bizim bütün gördüyümüz işlər xalqın rifah halının yaxşılaşmasına yönəldilibdir. Yəni onu demək istəyirəm ki, ölkə daxilində təhlükəsizliklə bağlı bizim heç bir problemimiz yoxdur. İnsanlar rahat yaşayırlar, gecələr küçələrdə rahat dincəlirlər, gəzirlər. Təhlükəsizlik tam təmin olunubdur. Əsas məsələ kənardan Azərbaycana təxribat məqsədi ilə gəlmək istəyən qüvvələrin qarşısını almaqdır. Onların da planları bizə bəllidir. Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, işğal siyasəti, etnik təmizləmə siyasəti, eyni zamanda, bayaq qeyd etdiyim kimi, terror aktları ilə də müşahidə olunurdu. Biz bunun qarşısını aldıq və bundan sonra da qarşısını alacağıq.

Sərhəd hər bir dövlətin rəmzidir, hər bir müstəqil dövlətin mühüm əlamətlərindən biridir və biz öz sərhədlərimizi qoruyuruq. Sərhədçilərin məişət problemlərinin həlli də çox vacibdir və bu gün 25 zabitə yeni mənzillərin orderləri verilibdir. Ona görə verilir ki, sizin yaşayış səviyyəniz yaxşılaşsın. Mütəmadi qaydada maaşlar qaldırılır, bundan sonra da qaldırılacaqdır. İndi gözəl istirahət mərkəzləri tikilir. Bir müddət bundan əvvəl Elçin Quliyev mənə məlumat vermişdi ki, böyük idman kompleksi, sərhədçilərin idman kompleksi tikilir. Yəni bütün bunlar ona görə edilir ki, sizin həyat şəraitiniz, məişət şəraitiniz daha da yaxşılaşsın. Sərhədçilər ağır şəraitdə, çətin şəraitdə, dağlarda, şaxtada dövlətimizin hüdudlarını qoruyurlar. Ona görə onların bütün təchizatı yüksək səviyyədə olmalıdır. Bu gün bu gözəl istirahət mərkəzinin timsalında biz bunu görürük. O, qısa müddət ərzində tikilibdir. Eyni zamanda, çox böyük keyfiyyətlə tikilibdir. İstirahət etmək, dincəlmək, yaşamaq üçün burada ən gözəl avadanlıq vardır.

Mən bu gün çox şadam ki, bu gözəl tədbirdə sizinlə bərabərəm. Bildiyiniz kimi, mən sərhədçilərlə mütəmadi qaydada görüşürəm. Hərbi hissələrdə oluram, sərhədlərdə oluram, şəraitlə tanış oluram və deyə bilərəm ki, Azərbaycanın Sərhəd Xidməti öz vəzifə borcunu şərəflə yerinə yetirir. Bu işdə, Vətən uğrunda fəaliyyətinizdə, sərhədlərimizin qorunmasında sizə yeni-yeni uğurlar arzulayıram.

Bir daha bayramınız mübarək olsun!

Sağ olun.

/Dövlətimizin başçısının çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı/.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb