Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü doqquz gündür Ağdam-Xankəndi yolunda gözlədilir
Ağdam, 6 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un məmulatı olan iki yük avtomobili doqquz gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar ərzaq yükünü Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli sakinlərə çatdırmaq üçün israrlıdırlar.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:48]