AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİNPLENUMU OLMUŞDUR
Ali Məhkəmənin sədri plenum iclasını açaraq bildirmişdir ki, dünya birliyinə inamla inteqrasiya edən respublikamız beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilmiş, demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlu nəticələr qazanmışdır. Azərbaycan dünyada hüquqi dövlət prinsiplərini ardıcıl olaraq həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir. Hüquqi dövlət quruculuğu sahəsində məhkəmələrin qarşısında da mühüm vəzifələr durur.
Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2005-ci il ərzində görülmüş işlərə dair məlumatları dinlənilmiş, geniş müzakirələr və təhlillər aparılmışdır.
Plenumda Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Vilayət Nadirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Məhkəmə-Hüquq Şurasının 2005-ci il 17 avqust tarixli qərarından verdiyi şikayətə baxılmışdır.
Plenumda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qərar layihəsi müzakirə olunmuşdur.
İclasda konkret mülki işlərə də baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikası baş prokurorunun müavini Eldar Nuriyev plenumun işində iştirak etmişdir.