AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN İYUNUN 22-DƏ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda vətəndaş Nazim Kazım oğlu Cəfərovun şikayətinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Şikayətə mahiyyəti üzrə baxılması üçün iyunun 22-də Konstitusiya Məhkəməsi Plenumunun iclasını keçirmək qərara alınmışdır.