Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN VƏ İRAN İSLAM RESPUBLİKASI PREZİDENTİNİN BİRGƏ BƏYANATI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvətinə əsasən, İran İslam Respublikasının Prezidenti cənab doktor Mahmud Əhmədinejadın başçılıq etdiyi nümayəndə heyəti 2007-ci il avqustun 21-22-də Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab doktor Mahmud Əhmədinejad arasında səmimi dostluq şəraitində ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair müzakirələr və danışıqlar aparılmışdır.

Tərəflər danışıqlar və müzakirələrin nəticəsi olaraq aşağıdakıları bəyan etdilər:

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etdirilməsi əzmində olaraq,

Beynəlxalq münasibətlərin hazırkı inkişafı kontekstində ikitərəfli siyasi dialoqun əhəmiyyətini vurğulayaraq,

Regionda ölkələrin normal inkişafına, onların tammiqyaslı iqtisadi və digər qarşılıqlı fəaliyyətlərinə maneçilik törədən münaqişələrin həllini tapmaması ilə əlaqədar narahatlıq ifadə edərək,

Azərbaycan və İran arasında ikitərəfli siyasi, iqtisadi, humanitar, mədəni və s. əlaqələrin hər iki dövlətin potensialına uyğun olaraq inkişaf etdirilməsinin zəruriliyini qeyd edərək,

İran İslam Respublikasının Prezidenti cənab doktor Mahmud Əhmədinejadın Azərbaycan Respublikasına hazırkı səfərinin iki ölkə arasında dostluq və əməkdaşlığın dərinləşməsinə və daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edərək,

Beynəlxalq münasibətlərdə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, o cümlədən, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və dövlətlərin suveren bərabərliyi, bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulayaraq,

2002-ci il mayın 20-də imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilə”yə uyğun olaraq inkişaf etdirilən Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin regionda sabitlik və sülhün bərqərar olmasında mühüm rol oynayacağını vurğulayaraq,

Tərəflər, iki ölkə arasında mövcud mehriban qonşuluq münasibətlərinə və dərin tarixi, dini və mədəni ortaqlıqlara toxunmaqla yanaşı, siyasi, iqtisadi, elmi, texniki, mədəni və tibb sahələri üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etdilər.

Tərəflər, siyasi təmasları bundan sonra da səmərəli şəkildə inkişaf etdirərək ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə, hər iki ölkənin hökumətləri arasında müxtəlif səviyyələrdə, həmçinin iki ölkə xalqlarını təmsil edən parlament üzvləri arasında mübadilələrin genişləndirilməsi də daxil olmaqla, siyasi dialoqun aparılmasının əhəmiyyətini qeyd etdilər.

Tərəflər, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayaraq, Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin vacibliyini qeyd etdilər.

Tərəflər, iki ölkə arasında iqtisadiyyat, ticarət, kommunikasiya, turizm, səhiyyə, elm, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi, humanitar və s. sahələrdə əlaqələrin və texniki əməkdaşlığın genişləndirilməsinin təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirəcəklər.

Tərəflər, energetika, ticarət, neft-kimya, yüngül sənaye, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturları sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində səy göstərəcəklərini bildirdilər.

Tərəflər, iki dövlət arasında infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsini dəstəkləyir və Ordubad və Marazad Su Elektrik Stansiyalarının və Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün tikintisinə dair sənədlərin imzalanmasını yüksək qiymətləndirirlər.

Tərəflər, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına hörmət və riayət edilməsi əsasında münaqişələrin sülh yolu ilə həll edilməsi məqsədilə fəaliyyət göstərəcəklər.

Tərəflər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin və İKT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasına tərəfdar olduqlarını bir daha bəyan edirlər.

Tərəflər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupu tərəfindən təsirli və qətiyyətli addımların atılmasının vacibliyini qeyd edirlər.

Tərəflər, beynəlxalq terrorizm, ekstremizmin bütün növləri və təcavüzkar separatizm, “nəzarətsiz zonalarda” narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan və qanunsuz silah alveri, kütləvi qırğın silahlarının yayılması kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyir və onlara qarşı mübarizə sahəsində beynəlxalq səylərin artırılması zəruriliyindən çıxış edirlər.

Tərəflər, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini əsas götürərək, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində bütün ölkələrin, o cümlədən İran İslam Respublikasının nüvə enerjisini dinc məqsədlərlə istifadə hüququnu dəstəkləyir.

Tərəflər, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 2007-ci il iyunun 20-də Tehranda keçirilmiş toplantısının nəticələrindən razı qaldıqlarını bildirərək, Tehranda Xəzəryanı ölkə başçılarının zirvə toplantısının keçirilməsinin vacibliyini qeyd edirlər.

Tərəflər, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə aparılan işlər çərçivəsində konstruktiv dialoqun davam etdirilməsi zərurətini vurğulayırlar. Bununla əlaqədar, Tərəflər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupun fəaliyyətini müsbət qiymətləndirirlər.

Tərəflər, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası rəsmiləri və İran İslam Respublikasının sərhəd vilayətlərinin valiləri arasında keçirilən görüşləri alqışlayaraq, belə görüşlərin və mübadilələrin davam etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Tərəflər, iki ölkə arasında mövcud olan dostluq münasibətləri çərçivəsində, mədəniyyət, incəsənət, turizm, kütləvi informasiya vasitələri, elm, təhsil, səhiyyə və sosial sahələr üzrə fəaliyyətin genişləndirilməsi üçün birgə səylərin artırılacağını qeyd etdilər.

Tərəflər, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT və onun ixtisaslaşdırılmış təşkilatları, eləcə də İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildirdilər.

Tərəflər, bu Birgə Bəyanatın Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı münasibətlərin hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə edirlər.

Bakı, 21 avqust 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb