Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI VƏ TACİKİSTAN RESPUBLİKASI ARASINDA BİRGƏ BƏYANNAMƏ

Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası və Tacikistan Respublikası,

Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etdirilməsi əzmində olaraq,

Azərbaycan və Tacikistan arasında əməkdaşlığın Avrasiyada sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edərək,

Düşənbə şəhərində 15 mart 2007-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”nin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində başlıca rol oynadığını nəzərə alaraq,

beynəlxalq münasibətlərin hazırkı inkişafı kontekstində ikitərəfli siyasi dialoqun əhəmiyyətini vurğulayaraq,

qarşılıqlı maraq kəsb edən mühüm və aktual beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edərək,

iki dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsinə hərtərəfli səylərini davam etdirərək,

regionda mövcud münaqişələrin sülh yolu ilə həll edilməsində qarşılıqlı səylərini birləşdirmək qətiyyətlərini ifadə edərək,

müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq,

enerji təhlükəsizliyinin təmin edilməsində hər iki dövlətin mühüm rol oynadığını nəzərə alaraq,

hər iki dövlətin potensialına uyğun olaraq Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi, humanitar, mədəni və s. əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edərək,

aşağıdakıları bəyan etdilər:

Tərəflər iki dost ölkə arasında hərtərəfli münasibətlərin möhkəmləndirilməsində müxtəlif səviyyələrdəki siyasi dialoqun mühüm əhəmiyyətini qeyd edirlər. Onlar hökumətlər, parlamentlər və vətəndaş cəmiyyəti səviyyələrində mübadilənin genişləndirilməsini alqışlayırlar.

Tərəflər ikitərəfli əlaqələrin qanunun aliliyi, demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsində qətiyyətli olduqlarını vurğulayırlar.

Tərəflər iki ölkə arasında iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi səylərində qətiyyətlidirlər.

Tərəflər qarşılıqlı fayda əsasında iki ölkənin müəssisələri arasında müxtəlif sahələrdə əməkdaşlığı təşviq edəcəklərinə razılaşdılar.

Tacikistan tərəfi Azərbaycan tərəfinin Tacikistan Respublikasında Azərbaycan Respublikasının səfirliyinin açılması niyyətini alqışlayır və Azərbaycan tərəfinin bu addımının iki dost ölkə arasında qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edir.

Tərəflər Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyət göstərməsində, Xəzər dənizi vasitəsilə birgə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində bu sahədə mövcud potensialdan istifadə etməklə Azərbaycan və Tacikistan arasında daha sıx qarşılıqlı fəaliyyətin zəruriliyinə öz əminliklərini ifadə etdilər.

Tərəflər Avropa və Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və yük daşımalarının genişləndirilməsini regional əməkdaşlığın prioritet məsələsi hesab edir və bununla əlaqədar olaraq yeni birbaşa birləşdirici dəmiryolu xətlərinin yaradılmasının vacibliyini qeyd edirlər.

Tərəflər beynəlxalq tanınmış sərhədlərin zorla dəyişdirilməsi məqsədilə güc tətbiq etmək və ya güc tətbiq etməklə hədələməyin yolverilməz və qəbuledilməz olmasına dair öz mövqelərini təsdiq edərək, təcavüz aktlarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş hərəkətlərə qarşı beynəlxalq birliyin səylərinin birləşdirilməsinin qlobal təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğunu bildirirlər.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılması, o cümlədən qaçqın və məcburi köçkün məsələsinin həlli məqsədilə regional və beynəlxalq səylərin artırılmasının zəruriliyini qeyd edirlər.

Tərəflər BMT-nin Təhlükəsizlik Şurasının və İslam Konfransı Təşkilatının müvafiq qətnamələrini, habelə ATƏT-in Lissabon Sammitinin üç prinsipini tam dəstəkləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd edirlər.

Onlar bu münaqişənin sülh yolu ilə tezliklə həll edilməsi məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən təsirli və qətiyyətli addımların atılmasının vacibliyini qeyd edirlər.

Beynəlxalq terrorizm, ekstremizmin bütün növləri və təcavüzkar separatizm, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan və qanunsuz silah alveri, kütləvi qırğın silahlarının yayılması kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyir və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılması zəruriliyindən çıxış edirlər.

Tərəflər Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsinə öz maraqlarını qeyd edir və ümid edir ki, 2007-ci ilin oktyabr ayında Düşənbə şəhərində keçiriləcək MDB dövlət başçıları Şurasının növbəti iclası bunun üçün lazımi təkan verəcəkdir.

Tərəflər Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsindəki əməkdaşlığın vacibliyini və regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində əhəmiyyətini qeyd edirlər.

Tərəflər yüksək səviyyəli görüşlərin iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafında müsbət və mühüm rol oynadığını məmnunluqla qeyd edirlər. Tərəflər mövcud təcrübə çərçivəsində dostluq əlaqələrinin dərinləşdirilməsi məqsədilə siyasi və iqtisadi məsləhətləşmələrin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn dialoqların və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin həyata keçirilməsinə gələcəkdə də dəstək verəcəklər.

Tərəflər bu Birgə Bəyannamənin Azərbaycan və Tacikistan arasındakı ikitərəfli münasibətlərin intensivləşdirilməsinə və hərtərəfli inkişafına xidmət edəcəyinə əminliklərini ifadə etdilər.

Bakı, 13 avqust 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb