AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi və ictimai xadim Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərindən kədərləndiyimizi bildiririk. Sevimli ölkəsinin tarixi qarşısında onun xidmətləri böyükdür. Azərbaycan əsl demokratik və yüksəlişdə olan dövlət kimi təşəkkül tapmışdır və haqlı olaraq, dünya birliyinin tam hüquqlu üzvü olmuşdur. Mübaliğəsiz demək olar ki, Heydər Əlirza oğlu müstəqil Gürcüstan dövlətinin təşəkkülü və inkişafı işinə də xüsusi töhfə vermişdir. Onun böyük xidməti bir də ondan ibarətdir ki, son on ildə xalqlarımız arasında tamamilə nadir qarşılıqlı münasibətlər yaranmışdır. Məhz buna görə də Heydər Əliyevin vəfatı həm Azərbaycan xalqı, həm də onu ürəkdən sevən bütün gürcülər üçün əvəzsiz itkidir. Gürcü xalqı sizinlə bir yerdə kədərlənir və yas içindədir. İnanırıq və ümid edirik ki, Siz Heydər Əlirza oğlunun başladığı işi layiqincə davam etdirəcəksiniz. Bizim dostluğumuz və qardaşlığımız bundan sonra da davam və inkişaf edəcəkdir.
Vaja Lordkipanidze,
Gürcüstan Xristian-Demokratik
İttifaqının sədri.
Tbilisi, 16 dekabr 2003-cü il.