AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın Böyük oğlu HEYDƏR ƏLİRZA oğlu ƏLİYEVİN vaxtsız vəfatı ürəyimi kədərlə doldurmuşdur və Sizə, bütün Azərbaycan xalqına ən dərin hüznlə başsağlığı verirəm.
Sovet İttifaqının Nazirlər Sovetində, SSRİ Ali sovetində, SSRİ Yollar Nazirliyində birgə işlədiyimiz vaxtlarda, partiya və hökumət nümayəndə heyətlərinin tərkibində bir çox ölkələrə və xüsusən, ölkənin müxtəlif regionlarına səfərlərdə onun müstəsna işgüzarlığına, səriştəliliyinə, vətənpərvərliyinə, milliyyətindən və vəzifəsindən asılı olmayaraq, insanlara olan xeyirxahlığına və məhəbbətinə həmişə heyran qalırdım. Mən azərbaycanlıların əksəriyyətinin belə bir fikri ilə tam razıyam ki, HEYDƏR ƏLİRZA oğlu Azərbaycan xalqının atasıdır.
Fəxr edirəm ki, HEYDƏR ƏLİRZA oğlu dəmiryolçu ailəsindəndir və onun adı mənim belə bir əqidəmi təsdiqləyir ki, ölkənin ən yaxşı adamları dəmiryolçu ailəsindəndir!
Kədərləndiyimi və dərdinizə şərik olduğumu bir daha bildirir, Sizi əmin edirəm ki, HEYDƏR ƏLİRZA oğlunun nurlu xatirəsi həyatımın son gününədək qəlbimdə yaşayacaqdır!
Dərin hörmət və kədər hissi ilə,
Nikolay Konarev
“İntertrans” Qapalı Səhmdar Cəmiyyətinin
baş direktoru, keçmiş SSRİ-nin yollar naziri
Moskva, 15 dekabr 2003-cü il.