Hörmətli İlham Heydər oğlu!Zəmanəmizin görkəmli dövlət və siyasi xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlü başsağlığımızı qəbul edin. Bu, Rusiya üçün də əvəzsiz itkidir, Heydər Əlirza oğlunu tanımaq və onunla ünsiyyətdə olmaq şərəfi nəsib olmuş insanların hamısı dərindən kədərlənir: istedadlı təşkilatçı, mahir siyasətçi, təkcə Azərbaycanın deyil, həm də bütün postsovet məkanının ən nüfuzlu rəhbəri dünyasını dəyişdi. Peşəkarlığına və yüksək siyasi keyfiyyətlərinə görə Siyasi Büroda, Sovet İttifaqında və dünya liderləri arasında Heydər Əlirza oğlunun tayı-bərabəri yox idi. Mən Heydər Əlirza oğlunu yaxşı tanıyırdım və harada, hansı şəraitdə (Moskvada, yaxud Pyatiqorskda) görüşməyimizdən asılı olmayaraq, onun yüksək biliyini, xeyirxahlığını və eyni zamanda, Azərbaycanın mənafelərini müdafiə edərkən yüksək prinsipiallığını və ardıcıllığını hər dəfə böyük hörmətlə qeyd etmişəm. Heydər Əlirza oğlu Azərbaycan xalqı üçün, respublikanın iqtisadi, mədəni, sosial sahələrinin inkişafı üçün çox iş görmüşdür.
Heydər Əliyev mövcud şəraitin, onun çox yüksək nüfuzuna xələl gətirməyə can atan Qorbaçovun, Yakovlevin və başqalarının qısqanclığının əksinə olaraq, çox işlər gördü. Onların arzusuna rəğmən, tarix əksini sübut etdi –
Heydər Əlirza oğlu Azərbaycan tarixinə öz adını həmişəlik yazdı və dövlətin bu ən yeni tarixi yalnız onun sayəsində mümkündür.
Bütün Azərbaycan xalqına və şəxsən Sizə dərin hüznlə başsağlığı verərkən düşünürəm ki, gördüyü işlər hələ sağlığında ikən Azərbaycanın şan-şöhrətini təmin etmiş, ölkənin və bütün Azərbaycan xalqının tərəqqisinə doğru yol açmış insanın muzeyini yaratmaq və abidəsini ucaltmaq düzgün olardı.
V.Kaznaçeyev
Stavropol diyarı Rektorlar Şurasının sədri, Pyatiqorsk Dövlət Texnologiya Universitetinin rektoru, akademik
Stavropol, 15 dekabr 2003-cü il.