AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizə, ailənizə və bütün Azərbaycan xalqına üz vermiş ağır itki barədə xəbər məni və yaxınlarımı dərindən sarsıtdı. Bu qəmli günlərdə mən və həmkarlarım bütün Azərbaycan xalqı ilə birlikdə baş əyir və kədərlənirik.
Xalqın dahi oğlu Heydər Əliyevin dünyasını dəyişməsi təkcə Azərbaycan üçün ağır itki deyildir. Heydər Əliyev dünya miqyasında tanınmış bir şəxsiyyətdir. Təbii müdrikliyi, geniş həyat təcrübəsi, misilsiz intellektual potensialı, xarizmatik liderə xas olan prinsipial və güzəştsiz mövqeyi ona Azərbaycanın hüdudlarından kənarda böyük hörmət qazandırmışdır.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi xidmətlər əvəzsizdir. Heydər Əliyevin yaratdığı ictimai–siyasi sabitlik, sosial bərabərlik və demokratik dövlətçilik respublikanın iqtisadi cəhətdən qüdrətlənməsi üçün zəmin olmuşdur. Məhz Heydər Əliyevin şəxsiyyəti ölkədə həyata keçirilən islahatların alternativsizliyinə zəmanət olmuşdur və çoxsaylı tanınmış xarici sərmayədarların Azərbaycana gəlməsi də buna dəlalət edir. Memarı məhz Heydər Əliyev olan neft strategiyası hələ uzun illər boyu indiki və gələcək nəslin rifahına xidmət edəcəkdir.
Hörmətli cənab Prezident!
İcazə verin, Azərbaycan xalqı üçün belə ağır bir vaxtda “Nəşnz Enerji” şirkətinin əməkdaşları adından Sizə və Sizin simanızda ailə üzvlərinizə, yaxınlarınıza və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verim. Bu matəm günlərində biz Azərbaycan xalqının qəminə və kədərinə şərik oluruq. Heydər Əliyevin adı bizim ürəyimizdə əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Hörmətlə,
Haşim Cocohadikusumo,
Kanadanın “Nəşnz Enerji” şirkətinin prezidenti.
14 dekabr 2003-cü il.