AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Sizə öz adımdan və “Kaspian İvents Ltd.” şirkətinin bütün işçiləri adından böyük kədər hissi ilə başsağlığı verirəm. O, görkəmli dövlət xadimi və parlaq siyasətçi olmuşdur və bütün həyatını öz ölkəsinə və xalqına həsr etmişdir. Onun iqtisadi islahatları, sosial tərəqqi və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi xətti ölkənin gələcək müvəffəqiyyətli inkişafı üçün təməl qoymuşdur. Onun fəaliyyəti və liderliyi həm yerli, həm də xarici biznes üçün yeni imkanlar yaratmışdır. Ölkənizdə fəaliyyət göstərən çoxsaylı xarici şirkətlərdən biri olaraq, biz onun Azərbaycana sərmayələrin cəlb edilməsi və əcnəbi şirkətlər üçün yaxşı işgüzar mühitin yaradılması siyasətini xüsusilə yüksək qiymətləndiririk.
Biz Sizinlə və bütün Azərbaycan xalqı ilə birlikdə kədərlənirik. Heydər Əliyevin adı bizim yaddaşımızda ömürlük qalacaqdır.
Hörmətlə,
Syuzan Krauç,
“Kaspian İvents Ltd.” şirkətinin sədri.
15 dekabr 2003-cü il.