AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Məktubu yazmaqda məqsədim kədərli hadisə - Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar şəxsən öz adımdan və bütün gömrük icmasının adından ən səmimi başsağlığımızı bildirməkdir.
Onun vəfatı Azərbaycan xalqı üçün, doğrudan da, faciəli və kədərli hadisədir. Azərbaycan xalqı onun vəfatından çox kədərlənəcəkdir. Lakin o, yaddaşlarda yaşamaqda davam edəcək və onun ölkənizə verdiyi töhfə heç vaxt unudulmayacaqdır.
Bütün ailəniz üçün də lider nümunəsi olmuş atanızın vəfatı Sizin üçün ən kədərli an olduğunu anlayıram.
Prezident Heydər Əliyevlə qismət olmuş görüşümü və ürəyinə çox yaxın mövzuların onunla müzakirə etməyimizi heç vaxt unutmayacağam.
Fürsətdən istifadə edərək, Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm.
Hörmətlə,
Mişel Dane,
Dünya Gömrük Təşkilatının
baş katibi.
Brüssel, 16 dekabr 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:46]
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]