AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Heydər Əlirza oğlu Əliyevin vəfatı barədə faciəli xəbər bizi dərindən sarsıtdı. Amansız tale əziz insanı doğmalarının və əzizlərinin əlindən aldı və bu itkinin ağırlığını sözlə ifadə etmək mümkün deyildir. Bilin ki, dostlarınız da Sizinlə, bütün Azərbaycan xalqı ilə birgə kədər hissi keçirir.
Bizim hamımıza əziz olan Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixində əbədi qalacaqdır. Böyük şəxsiyyət, öz xalqının ən ləyaqətli oğlu, müdrik siyasətçi və nüfuzlu dövlət xadimi Heydər Əliyev əsrlərin və epoxaların ayrıcında Azərbaycan Respubilkasının müstəqillik, əmin-amanlıq və demokratiya yolu ilə inkişafının ən mürəkkəb problemlərinin həllinə çox böyük töhfə vermişdir. Heydər Əlirza oğlu ilə ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olmuş insanlar üçün o, öz işinə fədakarcasına xidmətin, insanların ehtiyaclarına və qayğılarına diqqətin nümunəsi olmuş və bundan sonra da olacaqdır.
Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Bir daha səmimi başsağlığımızı qəbul edin, dərdinizə şərik çıxdığımıza əmin olun.
“İTERA” şirkətlər qrupunun kollektivi adından,
İqor Makarov
“İTERA” şirkətlər qrupunun prezidenti
Moskva, 13 dekabr 2003-cü il.