AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. Azərbaycan xalqının böyük oğlu, dünya miqyaslı siyasətçi həyatdan getmişdir. Heydər Əliyev bütün ömrünü xalqına xidmətə həsr etmişdir. Heydər Əliyev bir çox illər Azərbaycana rəhbərlik edərək, bütün qüvvəsini, istedadını ölkəsinin səadəti naminə sərf etmişdi. Azərbaycan Prezidenti kimi o, qısa müddətdə ölkəsini tərəqqi və inkişaf yolu ilə inamla və uğurla irəliləyən, dünya birliyinin layiqli və hörmətli üzvünə çevirmişdir.
Sizə, Heydər Əliyevin bütün doğmalarına və yaxınlarına, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Hörmətlə,
S. Maslov
Rusiyanın “Transnefteprodukt”
Səhmdar Cəmiyyətinin prezidenti
Moskva, 15 dekabr 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:46]
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]