Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Rusiyanın regionları ilə əməkdaşlığı müsbət dinamikaya malikdir

Azərbaycan Respublikasının Rusiyanın regionları ilə əməkdaşlığı müsbət dinamikaya malikdir

Bakı, 6 oktyabr, Laçın Sultanova AZƏRTAC

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçevin AZƏRTAC-a müsahibəsi

-Son aylarda Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının yekunları və ticarət dövriyyəsinin strukturu barədə nə deyə bilərsiniz?

-İkitərəfli Rusiya-Azərbaycan ticari-iqtisadi əlaqələri ənənəvi olaraq Rusiya ixracının şaxələnmə səviyyəsinin yüksək olması ilə fərqlənir. Onun strukturunun azı 90 faizi maşın, avadanlıq, nəqliyyat vasitələri, ərzaq, kimya məhsulları, elektrik enerjisi, qara və əlvan metallar, metal prokatı və yüksək əlavə dəyəri olan digər məhsulların payına düşür. 2015-ci ilin yanvar-iyul aylarında Rusiyadan Azərbaycana ixrac strukturunda əsas əmtəə qrupları maşın, avadanlıq və nəqliyyat vasitələri (475,0 milyon dollar), ərzaq məhsulları və kənd təsərrüfatı xammalı (369,4 milyon dollar), metal və metal məmulatı (186,1 milyon dollar), oduncaq və sellüloz-kağız məmulatı (111,6 milyon dollar), digər mallar (175,8 milyon dollar) olub. Bu dövrdə Rusiyanın Azərbaycandan idxal strukturunu əsasən ərzaq məhsulları və kənd təsərrüfatı xammalı (131,9 milyon dollar), mineral məhsullar (28,4 milyon dollar), toxuculuq məmulatı (13,2 milyon dollar) və başqa mallar (87,5 milyon dollar) müəyyən edib.

Xatırlatmaq istəyirəm ki, dünya bazarlarında vəziyyət qeyri-qənaətbəxş olmasına və zəif konyunkturaya baxmayaraq, 2014-cü ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi artaraq 4 milyard dollar (2013-cü illə müqayisədə 12,0 faiz artım) həcmində tarixi maksimuma çatıb. Qarşılıqlı əmtəə dövriyyəsi göstəriciləri dinamikası MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biri olub. Amma dünya ticarətinin qeyri-sabitliyi ticari-iqtisadi münasibətlərimizə təsir göstərməyə bilməzdi. Hazırda ticari-iqtisadi əməkdaşlıq göstəricilərində müəyyən azalma müşahidə olunur. Qeyd edim ki, ticarət həcminin dəyərinin azalmasına baxmayaraq, çəki həcmində əmtəə dövriyyəsi 3,8 dəfə artıb.

-Azərbaycanın Rusiya regionları ilə əməkdaşlığını necə qiymətləndirirsiniz, nə kimi perspektivlər görürsünüz?

-Regional əməkdaşlıq ölkələrimiz arasındakı əməkdaşlığın ən mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Rusiya regionları ilə əməkdaşlığı müsbət dinamikaya malikdir. Sentyabrın 30-da Yekaterinburqda keçirilən VI Rusiya- Azərbaycan Forumu bu trendin parlaq təsdiqidir. Forum geniş əhatəli regionlararası əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün bu məkana ehtiyac olduğunu növbəti dəfə nümayiş etdirdi. Hazırda Rusiyanın 70-dən çox regionunun Azərbaycanın işgüzar dairələri ilə biznes əlaqələri var. Bir sıra regionlar ilə istər regionlararası səviyyədə, istərsə də regionlara ekspert dəstəyi mərkəzləri, ticarət-sənaye palatalarının regional bölmələri və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında ikitərəfli sənədlər imzalanıb. 2015-ci ildə Həştərxan, Tomsk, Nijni-Novqorod vilayətlərinin, Stavropol və Altay diyarlarının, Başqırdıstan və Çuvaşiya respublikalarının, Sankt-Peterburq şəhərinin nümayəndə heyətlərinin Azərbaycana səfərləri olub. Rusiyanın Kalininqrad, Voronej, Leninqrad, Orlov vilayətlərinin nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulub.

-Müştərək müəssisələrin yaradılması ilə bağlı işlər nə vəziyyətdədir?

-Hazırda Azərbaycan Respublikasında 600-dən çox müştərək Rusiya-Azərbaycan müəssisəsi fəaliyyət göstərir. Onların təqribən 300-ü müştərək müəssisə formatında işləyir. Müəssisələr müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı və sənaye, habelə innovasiya texnologiyaları sahələrində fəaliyyət göstərir. Rusiyanın əczaçılıq şirkətləri nümayəndə heyətinin bu ilin sentyabrında səfərinin yekunlarına görə dərman preparatları istehsalı sahəsində müştərək müəssisə yaratmaq imkanları öyrənilir. Zənnimcə, ötən ilin sentyabrında IV Xəzər Sammiti zamanı Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında imzalanan investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında saziş müştərək müəssisələrin daha da inkişaf etməsinə şərait yaradacaq. Həmin saziş ən yaxın vaxtlarda ratifikasiya olunacaq.

-Energetika sahəsi Azərbaycan-Rusiya əməkdaşlığında nə kimi yer tutur?

-Şübhəsiz ki, energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Bu, həm Bakı Novorossiysk kəməri ilə neft nəqli, həm ölkələrimizin ərazilərində neft-qaz kəşfiyyatı və hasilatı ilə bağlı layihələrin həyata keçirilməsi məsələləri üzrə “Rostneft” ASC ilə ARDNŞ arasında əməkdaşlıq, həm də təchizat müqavilələri çərçivəsində elektroenergetika sahəsində qəza vəziyyətləri və plandankənar təmir zamanı qarşılıqlı elektrik enerjisi mübadilələrini nəzərdə tutan əməkdaşlıqdır. Təkcə bu ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk neft kəməri ilə 1,1 milyon neft daşınıb. Energetika sahəsinin nümayəndələri tez-tez görüşür, yeni müqavilələr imzalanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır