Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində iştirak ediblər
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımızdan ən yaxşı nəticəni Fərid Mustafayev göstərib. Belə ki, təmsilçimiz 10 turdan 8,5 xal toplayaraq 8-15-ci yerləri bölüşüb. Digər şahmatçımız Xəzər Babazadə 8 xalla 20-ci pillədə yer alıb. Azər Mirzəyev və Cahandar Azadəliyev 7,5 xalla 29-60-cı yerləri bölüşüblər. Turnirin qalibi maksimum xalla ABŞ təmsilçisi Hikaru Nakamura olub.
İsveçrə sistemi üzrə keçirilən yarışda 600-ə yaxın şahmatçı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]