AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ İSLANDİYA PREZİDENTİNƏ TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov eyni zamanda İslandiya Respublikasında səfir təyin olunması ilə bağlı etimadnaməsini İslandiyanın Prezidenti Olavur Raqnar Qrimssona təqdim etmişdir.
Səfirlikdən bildirmişlər ki, etimadnamə təqdim olunduqdan sonra keçirilmiş görüşdə İslandiya Prezidentinə ölkəmizdə və regionda gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun bölgə üçün yaratdığı təhlükə, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və artan nüfuzu, habelə respublikamızda həyata keçirilən irimiqyaslı iqtisadi islahatlarla bağlı məlumat verilmişdir.
Səfir F.Qurbanov Azərbaycan ilə İslandiya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.
İslandiya Prezidenti ölkələrimiz arasında əlaqələrin xalqlarımızın rifahına xidmət etdiyini və bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə Azərbaycan-İslandiya münasibətlərinin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Səfir F.Qurbanov İslandiyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyində də bir sıra görüşlər keçirmiş və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]