Azərbaycan şirniyyatları beynəlxalq dad festivalında nümayiş olunacaq
Varşava, 17 iyun, AZƏRTAC
Avqustun 13-dən 16-dək Polşanın Poznan şəhərində XIV “Gözəl dad” beynəlxalq festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival yeni pandemik tələblərə uyğun və epidemioloji qaydalara əməl olunaraq təşkil olunacaq. Poznanın qədim bazar meydanında baş tutacaq festivalda yerli mətbəx nümunələri ilə yanaşı, digər ölkələrdən, habelə Azərbaycandan gətiriləcək şirniyyatlar da nümayiş ediləcək. Bunların arasında paxlava, şəkərbura, halva çeşidlərimiz, habelə türk paxlavası, balkan börəyi, italyan paninisi, macar lanqoşu, bolqar güveci yer alacaq. Məhsullar həm satış, həm də yerində dadına baxmaq üçün iştirakçıların öhdəsinə buraxılacaq.
Festival çərçivəsində müxtəlif müsabiqələr, sərgilər və musiqili səhnələr təşkil olunacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:45]
“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ
- 08.10.2026 [14:04]
“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]