Azərbaycan təmsilçisi Tofiq Əliyev dünya yaş qrupları yarışlarının təsnifat mərhələsinə liderlik edir
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının təsnifat mərhələsinə liderlik edir.
AZƏRTAC xəbər verir ki, 17-21 yaş kateqoriyasında mübarizə aparan tamblinqçimiz təsnifat mərhələsində iki çıxışına görə, hakimlərdən 69,800 xal alıb. T.Əliyevin ilk çıxışı 35, növbəti cəhdi isə 34,800 xalla qiymətləndirilib.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]