Azərbaycan Texniki Universiteti “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Cisco” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədi rektor Vilayət Vəliyev və “Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov imzalayıb.
Memoranduma əsasən, tərəflər AzTU-da “Cisco” Şəbəkə Akademiyasının kurslarının tətbiqi və bunun universitetin kurikulumuna inteqrasiyası, həmçinin yeni laboratoriyanın yaradılması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində tədrisdə “Cisco Webex” proqramının imkanlarından istifadə olunması, müəllim və tələbələr üçün şirkətin mütəxəssisləri tərəfindən maarifləndirici seminarların təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, “Cisco” Şəbəkə Akademiyasında müxtəlif istiqamətlərdə (şəbəkə texnologiyaları (CCNA, CCNP), təhlükəsizlik və kibertəhlükəsizlik, əşyaların interneti (IoT), proqramlaşdırma və s.) kurslar keçirilir. Bu kursları bitirən müəllim və tələbələrə təqdim olunan sertifikatlar dünyanın hər yerində tanınır. Bu da gənclərin karyera əldə etməsinə imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]