AZƏRBAYCAN TRANZİT ÖLKƏ KİMİ ÇOX MARAQLIDIR
Azərbaycan tranzit ölkə kimi bizim üçün çox maraqlıdır və əvvəllər razılaşdığımız kimi, layihələrdə iştirak edəcəyik.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə Qazaxıstan rəhbəri bildirmişdir. O demişdir ki, Qazaxıstan Azərbaycan və Gürcüstan vasitəsilə Qara dənizə çıxış əldə etməyə çox maraqlıdır. Biz dəmir yolu layihəsində də iştirak etməyə çox maraqlıyıq. Biz razılaşmışıq ki, Azərbaycan və Qazaxıstan bütün sahələrdə əməkdaşlıq edəcək, birgə müəssisələr yaradacaq və digər mühüm işlər həyata keçirəcəklər.