Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığında yeni səhifə açılır VİDEO
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı hər ötən il daha da güclənir. Yaxın keçmişdə baş verən hadisələr bir daha onu göstərdi ki, ölkələrimiz çətin günlərdə hər zaman həmrəylik nümayiş etdirir və bir-birilərinin yanındadırlar.
Ötən gün Azərbaycan xalqı üçün əlamətdar gün, 28 May – Müstəqillik Günündə Laçında üç ölkənin liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü və buradan verilən mühüm mesajlar Azərbaycan-Türkiyə-Pakistan strateji əməkdaşlığını bütün dünyaya nümayiş etdirdi. Ekspertlərin fikrincə, beynəlxalq münasibətlər sistemində bu cür əlaqələrə nadir rast gəlinir.
AZƏRTAC mövzu ilə bağlı hazırlanmış videomaterialı təqdim edir.