Azərbaycan üzgüçüsü: Sevinirəm ki, MDB Oyunlarında bayrağımızı ucaltdım
Gəncə, 30 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Bu, üzgüçülük yığmasının III MDB Oyunlarında ilk qızıl medalı idi. Çox sevinirəm ki, bir idmançı kimi Azərbaycanın Bayrağını ucaltdım.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında III MDB Oyunlarında 400 metr məsafəyə qarışıq üzmə yarışında qızıl medal qazanan Oqtay Hüseynov deyib.
"Bunu bacardığım üçün çox sevincliyəm. Yarışdan öncə bir qədər tələskənlik var idi. Üzməyə başlayarkən bunu aradan qaldıra bildim",- deyə idmançı bildirib.