Azərbaycan və Bolqarıstan arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının iqtisadiyyat və energetika naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Draqomir Stoynev Bolqarıstanın turizm sahəsinə cavabdeh olduğuna görə görüş zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, infoturların təşkili və digər məsələlər müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan və Bolqarıstan dövlətlərinin başçılarının məqsədyönlü və uğurlu siyasətləri nəticəsində iki ölkə arasında formalaşmış əməkdaşlıq turizm sahəsində də perspektivli layihələrin həyata keçirilməsinə imkanlar açmışdır.
Görüşdə yaxın gələcəkdə iki ölkə arasında turizm sahəsində yeni sazişin imzalanması və onun təfərrüatları barədə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]